KHINALI Yaz - Yay cari kolleksiyası üçün

KHINALIK TALE

“KHINALI markası ilə tanış olana kimi düz 10 ilə yaxın müddət olarki mən öz geyimlərimi... — Suzanna Məmmədli
“Örtülü geyimlər üzərinə bir milli brendin olması təbiki sevindirici bir haldır. Çünki... — Nəsibə Əliyeva

Global Payment Info

We accept credit and debit cards, and cash on delivery.

Tezliklə!!!

KHINALI yeniliklərlə gəlir! Payız - Qış mövümü ilə bağlı yaradıcı və istehsal komandasının qarşılıqlı fikir mübadiləsi ilə ərsəyə gələcək olan "NAĞIL" kolleksiyası mühafizəkar xanımlarımıza zəriflik həmçinin özgüvən bəxş edəcək!

KHINALIK TALE PROMO

"Xınalıq Nağılı" adını daşıyan bu kolleksiya, mənim üçün böyük bir şəxsi məna daşıyır. Modellerimiz anamın öz əlləri ilə toxuduğu xalçanın parça üzərinə dizayn edilməsi ilə hazırlanmışdır. Bu xalça, yalnız bir sənət əsəri deyil, nəsildən-nəsilə ötürülən bir nağılın izlərini daşıyan mirasdır. Bu kolleksiya ilə sadəcə geyinmək üçün bir paltar əldə etmirsiniz – milli ruhu, tariximizin nəfəsini üzərinizdə hiss edəcəyiniz bir sənət əsərinə sahib olursunuz.

KHINALIK TALE

Əsrlərdən süzülüb gələn milli ənənələrimizi yaşadan, köklərimizə bağlı olan bir kolleksiya təqdim edirik. Bu kolleksiya, Azərbaycan qadınının qədimdən bəri qoruduğu zəriflik və alicənablığı özündə əks etdirir. Kolleksiyamız hər bir qadının ruhuna toxunacaq, onun zərifliyini və incəliyini ön plana çıxaracaq modellerden ibaretdir.Bu kolleksiya, ənənə ilə müasirliyin qovuşduğu incə bir harmoniya təqdim edir. "Xınalıq Nağılı" adını daşıyan bu kolleksiya, mənim üçün böyük bir şəxsi məna daşıyır. Modellerimiz anamın öz əlləri ilə toxuduğu xalçanın parça üzərinə dizayn edilməsi ilə hazırlanmışdır. Bu xalça, yalnız bir sənət əsəri deyil, nəsildən-nəsilə ötürülən bir nağılın izlərini daşıyan mirasdır. Bu kolleksiya ilə sadəcə geyinmək üçün bir paltar əldə etmirsiniz – milli ruhu, tariximizin nəfəsini üzərinizdə hiss edəcəyiniz bir sənət əsərinə sahib olursunuz. Hər bir detalda, ən kiçik incəliklərdə belə, ən yüksək keyfiyyəti qorumaq bizim üçün əsas prinsipdir. Hər tikişdə, hər toxumada sevgi, zəhmət və sənətkarlıq var. Biz inanırıq ki, "Xınalıq Nağılı" kolleksiyasından seçəcəyiniz hər bir model, yalnız sizin zahiri görünüşünüzü tamamlamayacaq, həm də özünüzü daha güclü və qürurlu hiss etməyinizə səbəb olacaq. Bu kolleksiya, sadəcə bir geyim deyil – həyatınızın nağılını yaşadan bir əsərdir. Kolleksiyamızın ən özəl parçalarından biri də, UNESCO tərəfindən tanınan Xınalıq kəndinin məşhur daş evlərinin əks olunduğu modellərdir. Bu evlər, yalnız keçmişin bir izi deyil, eyni zamanda insan əzminin və təbiətə qarşı dözümlülüyün simvoludur. Xınalıq daş evlərinin hər biri, bir hekayə danışır və bu qədim torpaqların ruhunu yansıdır Biz də bu evlərdən ilhamlanaraq markamıza məxsus xüsusi parça dizayn etdik.Bu parçanı geyinmək, o daşların möhkəmliyini, Xınalıq kəndinin qədim ruhunu üzərinizdə daşımaq deməkdir.
50+ Çeşid imkanı
VİP Servis
Əlçatan online sifariş
7/24 Müştəri dəstəyi

Limited Collection

Zövqləri fəth edəcək növbəti limitli kolleksiya ilə tanış olmaq və daha çox məlumat əldə etmək üçün aşağıdan keçid edin!

Konul Pashayeva

Fashion designer & founder
Könül Paşayeva Talıb qızı 1988-ci il sentyabr ayının 3-ündə Quba rayonunda doğulmuşam. Dəb sevdamın eləcədə “KHINALI” markasının ilk hekayəsi məhz anamdan başlayır. “KHINALI” əslinə qalsa mənim uzun illərdir ölkəmizdə görmək istədiyim bir marka idi. İlham mənbəyim anamın toxuduğu xalçalar olsada fikir olaraq markanı ərsəyə gətirməyimdə başlıca səbəblərdən biri – ölkəmizdə hicablı xanımların zövqlü geyim tapmaqlarında çətinlik çəkməsi idi. Beləliklə doğmalarımın da israrı ilə irsim, yurdum olan Xınalıq kəndi digər bir ilham mənbəyim olu. Bildiyiniz kimi Xınalıq kəndi qədim yazılarda Xınalı kimidə qeydə alındığı məlum olmuşdur. Bu minvalla belə nəticəyə gəldik ki, biz marka adımızı “KHINALI”, keyfiyyətimizi isə ən üst səviyyədə və əlçatan qiymət strategiyası ilə təsis edək. Belədə oldu artıq “KHINALI” markası ilk addımlarını yerli bazarda müəyyən pay əldə etməklə öz məqsədinə qismən də olsa nail oldu və gələcək prioritet istiqamətimizdə isə qlobal bazara açılmaq kimi geniş hədəflərimiz mövcuddur.

Ünvan

Showroom
Bakı ş. Xətai rayonu, Sarayevo küçəsi, Shopping
İş Saatları
Açılış 10:00 — Qapanış 21:00